BilBacar Müsabiqəsi

Məqsəd

VIII, IX və X sinif şagirdlərinin məktəbdə qazandıqları bilik və bacarıqları həyatda tətbiq etmə qabiliyyətini inkişaf etdirmək və onları bu bilikləri real həyatda istifadə etməyə sövq etməkdir.

Təşkilatçılar

  • Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
  • Azərbaycan Respublikasının Təhsil İnstitutu
  • Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi

İştirakçılar

2024-2025-ci tədris ilində VIII, IX və X siniflər üzrə təhsil alan bütün şagirdlər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqənin formatı, qaydalar və şərtlər

2024-cü ilin oktyabr ayından etibarən başlayan və 9 ay davam edən müsabiqə iki mərhələdən ibarətdir:

I Mərhələ

  • Məktəb koordinatorları təyin edilir.
  • Müvafiq koordinatorlar şagirdləri qeydiyyatdan keçirirlər və ya şagirdlər özləri BilBacar.edu.az saytında qeydiyyatdan keçirlər.
  • İştirakçılar UTİS kodu və şifrə ilə daxil olurlar.

“Hazırlıq” Bölməsi

60 tapşırıq, hər bir tapşırıq 1 balla qiymətləndirilir.

  • Riyaziyyat: 20 sual
  • Oxu: 20 sual
  • Təbiət elmləri: 20 sual

Tapşırıqlar 1 ay ərzində açıq olur, şagirdlər istədikləri vaxt tamamlayırlar.

“Yarış” Bölməsi

8 seansdan ibarətdir, hər biri 2 saat davam edir. Hər doğru cavab 10 balla qiymətləndirilir.

  • Riyaziyyat: 20 sual
  • Oxu: 20 sual
  • Təbiət elmləri: 20 sual

Liqa Sistemi

Liqa Ballar
Platinum 640 – 660
Çempion 600 – 639
Kristal 550 – 599
Qızıl 500 – 549
Gümüş 450 – 499
Bürünc 400 – 449
Fəal İştirakçı 100 – 399

II Mərhələ (Final)

  • Final mərhələsi əyani formatda təşkil edilir.
  • Açıq suallar da daxil edilir.
  • İlk 150 şagird final mərhələsinə vəsiqə qazanır.

Mükafatlandırma

  • 1-ci yer: 3 nəfər
  • 2-ci yer: 6 nəfər
  • 3-cü yer: 9 nəfər

Qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim ediləcəkdir.